İKT

“Huawei” şirkətinə gələn bağlamalarla bağlı araşdırma aparılır
15 İYUN
219

“Huawei” şirkətinə gələn bağlamalarla bağlı araşdırma aparılır

2019-06-15 19:24:00

Çin hökuməti “Huawei” şirkətinə bağlamaların göndərilməsi ilə bağlı qanun pozuntularına dair araşdırma başladıqları barədə ABŞ-ın “FedEx” poçt xidmətinə bildiriş göndərib.

Fins.az xəbər verir ki, bundan iki həftə əvvəl səlahiyyətli rəsmi qurumlar bu məsələni aydınlaşdıracaqlarını bildirmişdilər.

Qeyd edək ki, ABŞ-ın sanksiya tətbiq etdiyi “Huawei” şirkəti daha əvvəl “FedFex” poçt xidmətini şirkətin Şanqhai və Quanqjou şəhərlərindəki ofislərinə Yaponiyadan gələcək iki bağlamanı qanunsuz olaraq ABŞ-a göndərməkdə ittiham etmişdi. Şirkət həmçinin Honq Konq və Sinqapur nümayəndəliklərinə çatacaq göndərişlərin də ABŞ-a yollamağa cəhd göstərildiyini bildirmişdi.

Bununla bağlı bəyanat verən “FedEx” kiçik sayda göndərişlərin daşınmasında problemlərə görə üzrxahlıq etmiş və bunun kənar qüvvələrə dəxli olmadığını bildirmişdi.

Bu il mayın 17-də ABŞ tərəfindən “qara siyahı”ya salınan "Huawei" "Google" şirkətinin istehsalı olan smartfonların təchiz olunduğu “Android” mobil əməliyyat sisteminin yeni versiyasından məhrum edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır