İKT

Smartfon satışları azalıb - "Apple" gözləntiləri doğrultmayıb
14 İYUN
130

Smartfon satışları azalıb - "Apple" gözləntiləri doğrultmayıb

2019-06-14 11:46:00

ABŞ mərkəzli araşdırma şirkəti "International Data Corporation" (IDC) cari ilin ilk rübü üzrə smartfon şirkətlərinin bazar payının müqayisəsini aparıb.

Fins.az xəbər verir ki, hesabata əsasən bu ilin birinci rübündə Avropa, Orta Şərq və Afrikada 83,7 milyon smartfon satılıb. Bu isə illik müqayisədə satışların 3,3% azaldığını göstərir. Smartfonların ümumi satışında dəyər baxımından 26,8 milyon dollar azalma müşahidə olunub.

apple satış
apple satış

Ötən ilin eyni dövrü ilə müqayisədə regional artım baxımından "Huawei" smartfonlarının tədarükü 66,1% artıb, "Xiaomi" isə 33,3% artım nümayiş etditib. Digər smartfon markalarının tədarükündə isə azalma qeydə alınıb.

"Samsung" bu ilin ilk rübündə smartfon bazarında ən çox paya malik olan şirkət olub. "Apple" isə bazar payına və smartfon satışlarına görə görə siyahıda 2-ci yerdən 3-cü yerə enib. 2-ci yerdə isə 25,39% bazar payı ilə "Huawei" qərarlaşıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır