İKT

Bu ölkələrlə Azərbaycan arasında rouminq tarifləri azala bilər
13 İYUN
136

Bu ölkələrlə Azərbaycan arasında rouminq tarifləri azala bilər

2019-06-13 11:57:00

Avropa İttifaqı (Aİ) Azərbaycanda 300 km-lik dəmiryolu xəttinin çəkilişini dəstəkləyir.

Fins.az xəbər verir ki, bu sözləri Aİ-nin Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə komissarı Yohannes Han bu gün Bakıda keçirilən V Aİ-Azərbaycan biznes-forumunda çıxışında deyib. 

Onun sözlərinə görə, Aİ ölkələri ilə Azərbaycan arasında rouminq tarifləri azaldıla bilər: 

“Bu yaxınlarda rouminq tariflərinin azaldılması və kibertəhlükəsizliyə qarşı birgə mübarizə işlərinə başlanılacaq. Bu forum çərçivəsində bir sıra məqamlar müzakirə ediləcək. Forum bir daha əməkdaşlığımızın inkişaf etdiyini sübut edir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır