İKT

Bu şirkətlər süni intellekt sahəsində ən çox patentə sahibdir
12 İYUN
79

Bu şirkətlər süni intellekt sahəsində ən çox patentə sahibdir

2019-06-12 12:23:00

Dünya analitikləri süni intellekt sahəsində ən çox patentə sahib olan şirkətləri müəyyənləşdirib.

Fins.az xəbər verir ki, Almaniyanın "IPlytics" tədqiqat şirkəti süni intellekt texnologiyaları sahəsində qeydiyyatdan keçmiş patentlərin sayına görə şirkətlərin siyahısını hazırlayıb.

Siyahıya liderliyi 18365 patent sayı ilə "Microsoft" şirkəti edir. ABŞ-ın daha bir İT nəhəngi "IBM” isə siyahıda 2-ci yerdə qərarlaşıb. Onun aktivində 15046 patent var. Cənubi Koreyanın "Samsung" şirkəti 11243 patentlə 3-cü yerdə olub.

ABŞ-ın "Qualcomm" və "Google" şirkətləri isə müvafiq olaraq 10178 və 9536 patentlə 4-cü və 5-ci yerləri tutublar. Bundan başqa, ilk onluqda Yaponiyanın iki şirkəti - “Sony” (8-ci yer, 5526 patent) və “Canon” (10-cu yer, 3996 patent), Cənubi Koreya, Niderland (“Philips”, 6-cı yer) və Almaniya (“Siemens”, 7-ci yer) ölkələrinin hər birindən isə bir şirkət yer alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9164
  • ₽ RUB
    0.0263