İKT

"Huawei" yeni əməliyyat sistemi və "play market" hazırlayır
12 İYUN
79

"Huawei" yeni əməliyyat sistemi və "play market" hazırlayır

2019-06-12 12:17:00

ABŞ-ın tətbiq etdiyi sanksiyalardan sonra "Huawei" şirkəti "Android" əməliyyat sistemindən, həmçinin "Google Play Store"dan məhrum qalmışdı.

Fins.az xəbər verir ki, şirkət bu problemi həll etmək üçün özünün yeni əməliyyat sistemini hazırlayır. Ehtimallara görə, "OakOS" olaraq adlandırılacaq əməliyyat sistemi "Huawei"in yeni "Mate 30" modeli ilə istifadəyə veriləcək. "Mate 30" smartfonlarının bu ilin oktyabr ayında təqdim ediləcəyi gözlənilir.

"Google Play Store"un əvəzində isə şirkət özünün "AppGallery" tətbiqini təkmilləşdirməyə başlayıb. Bununla belə "Gmail", "YouTube" və "Xəritələr" kimi tətbiqlərin olmaması "Huawei" üçün problem olaraq qalır. Qeyd edək ki, "AppGallery" "Huawei"in əvvəlki smartfonlarında olsa da "Google Play Store" kimi bir tətbiqin yanında istifadədən kənar qalırdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9396
  • ₽ RUB
    0.0272