İKT

"Huawei"yə qarşı sanksiyalar bu halda yumuşaldıla bilər – AÇIQLAMA
12 İYUN
95

"Huawei"yə qarşı sanksiyalar bu halda yumuşaldıla bilər – AÇIQLAMA

2019-06-12 11:56:00

ABŞ-ın maliyyə naziri Stiven Mnuçin Çin ilə ticarət müzakirələrində irəliləmələr olduğu halda "Huawei"yə qarşı sanksiyaların yumuşaldıla biləcəyini bildirib.

Fins.az xəbər verir ki, "The Guardian"ın məlumatına görə, ticarət müzakirələrində irəliləmə ABŞ prezidenti Donald Tramp ilə Çin Xalq Respublikasının sədri Si Çzinpin arasında iyunda G20 sammiti ərəfəsindəki baş tutacaq görüşdə ola bilər.

S. Mnuçinin sözlərinə görə, ticarət razılaşmasının əldə olunmaması halında Vaşinqton büdcə kəsrini azaltmaq üçün gömrük rüsumlarının tətbiqinə davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9396
  • ₽ RUB
    0.0272