İKT

Azərbaycanın peyk xidmətləri üzrə gəlirləri artıb
11 İYUN
125

Azərbaycanın peyk xidmətləri üzrə gəlirləri artıb

2019-06-11 16:05:00

2019-cu ilin yanvar-aprel aylarında "Azərkosmos" ASC-nin peyk və telekommunikasiya xidmətlərinin ixracından gəlir 13,7 milyon dollar təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 47,3 faiz çox olub.

Fins.az Trend-ə istinadən bildirir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiyalar Mərkəzinin hesabatında deyilir.

Bu ilin aprel ayında peyk xidmətlərinin ixracından 6 milyon dollar gəlir əldə edilib. Bu, şirkətin əldə etdiyi ümumi gəlirin 89 faizini təşkil edib.

"Azərkosmos" tərəfindən 17 ölkəyə, o cümlədən ABŞ, Malayziya, Fransa, Böyük Britaniya, BƏƏ və digər ölkələrə xidmətlər göstərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır