İKT

“Huawei” 5G xidmətləri üçün 100 mindən çox baza stansiyası satıb
10 İYUN
101

“Huawei” 5G xidmətləri üçün 100 mindən çox baza stansiyası satıb

2019-06-10 14:51:00

Çinin texnologiya nəhəngi “Huawei Technologies” şirkəti 5G xidmətləri üçün 30 ölkə ilə 46 kommersiya müqaviləsi imzalayıb

“Huawei”ə istinadən, şirkət 5-ci nəsil mobil rabitə şəbəkəsi xidmətlərinin göstərilməsi üçün indiyədək 100 mindən çox baza stansiyası satıb. Çin şirkəti bu göstərici ilə dünyada liderdir.

Şirkətin yaydığı məlumatda bildirilir ki, “Huawei” 5G texnologiyaları üzrə böyük uğurlar qazanıb. Şirkət ötən ilin fevralında dünyada ilk 5G mobil əlaqəsini də həyata keçirib.

Baş ofisi Çinin cənubundakı Şencen şəhərində yerləşən “Huawei” dünyada telekommunikasiya avadanlığı istehsalı üzrə lider şirkət olmaqla yanaşı, qlobal smartfon istehsalında da ilk üçlükdə qərarlaşıb.

© Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır