İKT

ABŞ Azərbaycana innovasiyalar və startapların inkişafı sahəsində dəstək vermək istəyir
04 İYUN
152

ABŞ Azərbaycana innovasiyalar və startapların inkişafı sahəsində dəstək vermək istəyir

2019-06-04 15:54:00

İyunun 2-də ABŞ-ın Azərbaycandakı səfirliyinin, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN), “Mars Academy”nin dəstəyi ilə Bakıda innovasiya festivalı və bu çərçivədə “TechFest” sərgisi keçirilib.

Fins.az-ın məlumatına görə, bununla bağlı keçirilən mətbuat konfransında ABŞ-ın Azərbaycandakı səfirliyinin mədəniyyət və təhsil işləri üzrə müşaviri Heidi Smit açıqlama verib.

Onun sözlərinə görə, sərgidə ilk dəfə “İdeyadan Biznesə - İ2B Junior” layihəsinin təqdimatı olub.

H.Smit qeyd edib ki, Azərbaycanda innovasiyalar və startapların inkişafı diqqət mərkəzindədir: “Bu çox sevindiricidir ki, NRYTN bu sahənin inkişafında fəal iştirak edir. Bu prosesdə biz də yaxından iştirak etməyi planlaşdırırıq”. 

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9338
  • ₽ RUB
    0.0269