İKT

Azərbaycan alıcıları "Huawei"dən imtina etməlidirmi?
04 İYUN
125

Azərbaycan alıcıları "Huawei"dən imtina etməlidirmi?

2019-06-04 14:52:00

ABŞ sanksiyalarının ardından "Google"un "Huawei" ilə əməkdaşlığı məhdudlaşdırması nəticəsində "Android" əməliyyat sistemi "Huawei" smartfonlarında yenilənməyəcək.

Xarici mətbuatda yayılan xəbərlərə görə isə bir sıra "Huawei" modelləri ABŞ sanksiyalarının təsiri altına düşməyəcək.

Fins.az xəbər verir ki, məsələni "Finans.az"a təsdiqləyən “Huawei Azərbaycan” şirkəti bildirdi ki, sözügedən problemin satılmış və hal-hazırda satışda olan modellərə heç bir təsiri olmayacaq. Əvvəlki vaxtlarda olduğu kimi yenə də insanlar bu telefonlarda "Google"un xidmətlərindən istifadə edə, yenilənmələrini yükləyə biləcəklər. "Huawei" satılan və hələ də qlobal olaraq stokda olan mövcud bütün "Huawei" və "Honor" smartfon və tabletlərinə təhlükəsizlik yenilənmələri və satış sonrası xidmətlər verməyə davam edəcək.

Paytaxtın geniş telefon satışı ilə məşğul olan mağazalarından da bildirilib ki, hazırda istifadədə olan "Huawei"smartfonlarında "Android" yenilənmələri və proqramlarından istifadə etmək mümkün olacaq. Qeyd edilib ki, artıq müştərilər "Honor 8 X" telefonlarında "Android 9" yenilənmələrini almağa başlayıblar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9338
  • ₽ RUB
    0.0269