İKT

ABŞ'ın böyük elmi nəşriyyatı da Huawei şirkətinə qadağa qoydu
04 İYUN
147

ABŞ'ın böyük elmi nəşriyyatı da Huawei şirkətinə qadağa qoydu

2019-06-04 14:32:00

  ABŞ hökumətinin Huawei şirkətinə qarşı tətbiq etdiyi sanksiyalar genişlənməkdə davam edir. Belə ki, ABŞ-ın ən byük elmi nəşriyyatlarından biri olan IEEE sanksiyaların qüvvədə olduqları müddətdə Huawei şirkətinin tədqiqatçılarına məqalələrə resenziya tərtib etməyi qadağan edib. Bu barədə Engadget saytına istinadən Gagadget saytı xəbər verib.

Elektrotexnika və Elektronika Mühəndisləri İnstitutu (Institute of Electrical and Electronics Engineers / IEEE) radioelektronika, elektrotexnika, hesablama sistemlərinin aparat təminatları və şəbəkələr üçün standartların tərtib olunması sahəsində dünya lideridir. Bir çox innovasiyalar və bazarın gələcəyi məhz həmin institutun tədqiqatlarından asılıdır. Beləliklə institut bildirib ki, Huawei tədqiqatçıları bundan sonra texniki tədqiqat sənədlərinə baxa və elmi məqalələrə resenziya yaza bilməyəcəklər.

Bu cür qərar Çin şirkəti ilə əməkdaşlıq çərçivəsində yarana biləcək ciddi hüquq nəticələri ilə bağlı ola bilər. İnstitut tərəfindən təyin olunmuş bu qadağa gələcəkdə olacaq məqalələrə şamil olunur. Bununla belə IEEE tərkibində olan Huawei təmsilçiləri əvvəlki kimi konfranslara qatıla və resenziyanın tərtib olunması üçün öz məqalələrini paylaşa bilərlər. Ümumilikdə bu qadağa Huawei tədqiqatçılarının əsl mütəxəssis olduqları sahələrə ciddi təsir göstərə bilər. Məsələn süni zəka sahəsinə. Maraqlısı ondadır ki, IEEE qeyri kommersiya təşkilatıdır və o, ABŞ tərəfindən təyin edilmiş sanksiyalara reaksiya verməməlidir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır