İKT

Huawei Mate 30 flaqman smartfonu barəsində məlumat verilib
04 İYUN
157

Huawei Mate 30 flaqman smartfonu barəsində məlumat verilib

2019-06-04 14:33:00

ABŞ hökuməti olan problemlərə baxmayaraq Huawei şirkəti Mate 30 adlı flaqman smartfon seriyası üzərində aktiv şəkildə çalışır. İndi isə Teme ləqəbli insayder sözügedən smartfon seriyası barəsində məlumatlar verib. Bu barədə Gagadget saytı xəbər verib. Onun verdiyi məlumata əsasən Mate 30 flaqman seriyası əvvəlcədən də güman edildiyi kimi Kirin 985 prosessoru vasitəsilə çalışacaq.

    Amerikadan və İngiltərədən olan şirkətlərdən fərqli olaraq Tayvanın TSMC şirkəti Huawei üçün bu prosessorları istehsal edəcək. İnsayder onu da bildirib ki, Mate 30 seriyasının smartfonları Çində Huawei şirkətinin HongMeng OS adlı fərdi əməliyyat sistemi ilə satışa çıxacaqlar. Lakin qlobal bazarda həmin smartfonların hansı əməliyyat sisteminə sahib olacaqları sual altında qalır. Smartfonlar təqribi olaraq 22 sentyabr tarixində təqdim olunmalıdırlar.

    Qeyd etmək lazımdır ki, şirkətin yeni flaqman smartfon seriyasına Mate 30 ilə Mate 30 Pro smartfonları daxil olacaqlar. Mate 30 Lite barəsində heç bir məlumat yoxdur. Məlumata əsasən Mate 30 Pro modeli BOE şirkəti tərəfindən istehsal olunacaq 6.71 düym OLED ekran və 55 vatt gücündə enerji qəbul etməyə qadir sürətli enerji yığma texnologiyalı 4200 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Bununla yanaşı bu modelin 5Gşəbəkə dəstəkli versiyasının da olacağı güman edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır