İKT

"Apple" tünd rejimli "iOS 13"ü təqdim edib
04 İYUN
152

"Apple" tünd rejimli "iOS 13"ü təqdim edib

2019-06-04 10:49:00

"Apple" şirkəti tünd rejim "Dark Mode"un yer aldığı "iOS 13" platformasını təqdim edib.

Fins.az-ın verdiyi məlumata görə, yeniliyi "WWDC" konfransında proqram təminatının hazırlaması üzrə vitse-prezident Kreyq Federigi təqdim edib.

"Dark Mode" seçildiyi zaman interfeys və tətbiqlər tünd fon almış olacaq. Qeyd edilir ki, bu funksiya az işıqlı məkanda işləyərkən faydalı olacaq.

"TechCrunch" yazır ki, bu rejim, OLED-displeyli smartfonlarda batareyaların enerjisinə qənaət etməyə imkan verəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır