İKT

“Apple” brendi 9 il ardıcıl olaraq dünyanın ən bahalı brendi elan edilib
24 MAY
230

“Apple” brendi 9 il ardıcıl olaraq dünyanın ən bahalı brendi elan edilib

2019-05-24 15:47:00

Nüfuzlu “Forbes” jurnalı “Apple” brendini 9-cu il ardıcıl dünyanın ən bahalı brendi adlandırıb.

Siyahıya yalnız ABŞ-da fəaliyyət göstərən brendlər daxil edilib.

“Apple” brendinin dəyəri bir ildə 12% yüksələrək 205,5 milyard dollar təşkil edib. Ötən il bu göstərici 182,8 milyard dollar idi. “Apple”ın mənfəəti 265,8 milyard dollar məbləğində qiymətləndirilib.

Siyahıda “Google” şirkəti (167,7 milyard dollar) ikinci, “Microsoft” (125,3 milyard dollar) isə üçüncü yeri tutub. Dəyəri 97 milyard dollar məbləğində qiymətləndirilmiş “Amazon” brendi dördüncü yeri tutub. “Facebook” (88,9 milyard dollar) beşinci olub.

©İctnews

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8876
  • ₽ RUB
    0.0257