İKT

Tarixin ən varlı şəxsi: Sərvəti Ceff Bezosdan 3 dəfə çox ola bilərdi
23 MAY
226

Tarixin ən varlı şəxsi: Sərvəti Ceff Bezosdan 3 dəfə çox ola bilərdi

2019-05-23 18:12:00

Amerikalı iqtisadçı Samuil Uiliamson məşhur neft sahibkarı və xeyriyyəçisi Con Rokfelleri (John Davidson Rockfeller) Qərb dünyasının tarixində ən varlı şəxs olduğunu bildirib.

Fins.az xəbər verir ki, bu barədə məlumat "Bloomberg" agentliyi və rus mətbuatında yer alıb.

Mütəxəssislərin fikrincə Con Rokfellerin gəlirləri eyni nisbətdə artacağı təqdirdə sərmayələrinin həcmi hazırda 117 milyard dollar sərvəti olan "Amazon"un qurucusu Ceff Bezosun sərvətindən 3 dəfə çox ola bilərdi.

Xatırladaq ki, XIX əsrin sonu – XX əsrin əvvəlləri Rokfeller 1,5 mlrd. dollar, yəni hazırkı hesabla 26 mlrd. dollaradək varidat toplamışdı ki, bu da onun vəfat etdiyi 1937-ci ildə ABŞ iqtisadiyyatının 1,6%-i deməkdir.

© Finans.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.93
  • ₽ RUB
    0.0269