İKT

Azərbaycanın ən populyar smartfonları – AÇIQLANDI
22 MAY
233

Azərbaycanın ən populyar smartfonları – AÇIQLANDI

2019-05-22 15:48:00

“Samsung” smartfonları azərbaycanlı istifadəçilər arasında ən populyar smartfonlardır.

Fins.az xəbər verir ki, statistik göstəricilər “Global Stats” portalında dərc olunub.

Aprel yekunlarına əsasən, Azərbaycanın smartfon bazarında satışların 56,89 faizi “Samsung” smartfonlarının payına düşür. Ancaq son zamanlar Cənubi Koreya istehsalçısının satış həcmi “Apple” və “Xiaomi” smartfonlarına olan tələbin artması ilə əlaqədar olaraq azalıb.  
Belə ki, 2018-ci ilin aprel ayından bəri “Samsung”un smartfon bazarındakı “payı” 3,99 faiz geriləyib.

Bu müddət ərzində “Xiaomi” yerli bazar seqmentində iştirakını əhəmiyyətli dərəcədə artırıb. Belə ki, şirkətin yerli bazardakı payı 2,97 faizdən 12,94 faizə, “Apple” şirkətinin payı isə 10,36 faizdən 12,52 faizə yüksəlib.

Mahiyyət etibarilə “Samsung”, “Apple” və “Xiamoi”  Azərbaycan bazarının liderləridir. Qalan məşhur brendlərin Azərbaycanın smartfon bazarındakı payı 5 faizdən aşağıdır (“Huawei” - 3,18%, LG - 2,2%, “Lenovo” - 1,69%, HTC - 1,26%, “Alcatel” - 0,91%).

© Oxu.az

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır