İKT

Huawei smartfon istifadəçilərini nələr gözləyir? – İZAHAT
22 MAY
199

Huawei smartfon istifadəçilərini nələr gözləyir? – İZAHAT

2019-05-22 15:45:00

Bildiyimiz kimi son 2 gündür texnologiya dünyası Amerika və Çin arasında olan, şirkətlər tərəfində isə Googlevə Huawei münasibətləri ilə silkələndi. Fins.az xəbər verir ki, hər şey 16 May tarixli Donald Trump-ın ABŞ şirkətlərinin Huawei cihazlarından istifadəsinə qadağa qoyması ilə  başladı. Vəziyyət belə olunca texnologiya dünyasını sarsan qərar 4 gün sonra Google tərəfindən gəldi. Google açıqlamasında artıq Huawei-ə əməliyyat sistemi tərəfdən dəstəyini verməyəcəyini dilə gətirdi və əməkdaşlığı dayandırdı. Bu açıqlamadan sonra qlobal smartfon bazarının 20%-nə sahib olan Huawei istifadəçiləri bir anda smartfonlarında Android-in dəstəyinin dayancağından qorxmağa başladılar.    

Eləcə də bax: «Huawei» sanksiyaları Azərbaycana da təsir edə bilər – HÖKUMƏT HAZIRLAŞMALIDIR

Google-a bir neçə saat ərzində gələn sorğular səbəbindən Android rəsmi Twitter səhifəsindən qoyulan qadağanın məhz yeni Huawei cihazlarına şamil olacağını bildirdi.



Bu açıqlamadan sonra artıq mövcud Huawei smartfonu istifadəçilərinin smartfonlarında hər hansı dəyişikliyin baş verməyəcəyi dəqiqləşdi. Yəni, əgər siz Huawei smartfonu istifadəçisinizsə, smartfonunuzda Google-un təqdim etdiyi servislərin hər birindən istifadə edə biləcəksiniz və tətbiqləri yeniləmək mümkün olacaq.  

Ardınca gələn Huawei açıqlaması ilə də mövcud cihazlara gələcək təhlükəsizlik yenilənmələri də təsdiqini tapdı. Cihazlarda Google servislərinin dayanmayacağı təsdiq olunandan sonra istifadəçiləri düşündürən əsas sual isə Huawei flaqman seriyalarına Android yenilənmələrinin gəlib-gəlməyəcəyi oldu. Bu haqda heç bir rəsmi açıqlama olmadığı üçün hər kəs artıq Huawei-in Android yenilənmələri ilə vidalaşacağını düşünürdü.

Bugün səhər saatlarında ABŞ Ticarət Depardamentinin aldığı yeni qərar isə məsələni bir qədər yumşaltdı. Yeni qərara əsasən Huawei şirkəti 19 Avqust tarixinə qədər yəni 90 gün müddət ərzində mövcud cihazlarını texniki və proqram tərəfindən təmin etmək üçün Amerika şirkətləri ilə işləyə biləcək.

      

Bu qərar isə ağıllara yenidən əsas sualı gətirdi. Huawei P və Mate seriyası yeni Android Q-nü ala biləcəkmi? Hal-hazırda qəbul olunan yeni qərara əsasən bu cihazların bu yenilənmələri almamaları üçün heç bir qadağa yoxdur. Google şirkətinin sözcülərinin 2 ay əvvəl etdikləri açıqlamaları nəzərə alsaq, yeni əməliyyat sisteminin hazırlanması üçün Huawei ilə xüsusi əməkdaşlıq edilirdi. Bütün bunları nəzərə alsaq 3 ay müddət ərzində Huawei yeni əməliyyat sistemini cihazlarına göndərə bilər. 

Lakin gündəmdə qalan əsas məsələ hələ də aktuallığını saxlayır. Belə ki, yeni təqdim olunacaq Honormodelləri və qatlana bilən Mate X smartfonu üçün heç bir problem görünmür. Lakin, Huawei şirkətinin bu ilin payızında təqdim edəcəyi Mate 30 seriyası üçün əməliyyat sistemi hələ də sual altındadır. Şirkət ona verilən 3 ay müddətində problemləri həll etməli və mövcud cihazlarına dəstək göstərməlidir. Bu müddət ərzində ABŞ və Çin münasibətlərinin yumşalacağı təqdirdə bugün olduğu kimi qəbul edilmiş qərara dəyişikliyin əlavə edilməsi istisna edilmir.

Yekun olaraq qəbul olunmuş qərar indi aktiv olan Huawei cihazlarına şamil olunmur. Mövcud cihazlar Google servislərindən istifadə edəcək və tətbiqlərini rahatlıqla yeniləyə biləcəklər. Lakin Huawei-in bazara təqdim edəcəyi yeni cihazların əməliyyat sistemi hələ də sual altındadır və şirkət bununla bağlı qısa zamanda qərar qəbul etməldiir.

©technote.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır