İKT

Sosial şəbəkələrə giriş məhdudlaşdırılıb
22 MAY
70

Sosial şəbəkələrə giriş məhdudlaşdırılıb

2019-05-22 15:30:00

İndoneziya hökuməti ölkədə müvəqqəti olaraq sosial şəbəkələrdə fotoşəkillərə və videoçarxlara baxışı məhdudlaşdırıb.

Fins.az xəbər verir ki, bu addım paytaxt Cakartada ümumi seçkilərin nəticələri elan olunduqdan sonra başlanan kütləvi iğtişaşlar fonunda atılıb.

İndoneziyanın siyasi, hüquqi və təhlükəsizlik işləri naziri Virantobildirib ki, bu qərarı yalan xəbərlərin və qıcıqlandırıcı mesajların yayılmasının qarşısını almaq məqsədilə veriblər.

Nazir bu məhdudlaşdırmanın müvəqqəti olduğunu vurğulayıb, dəqiq zaman müddət söyləməyib.

Qeyd edək ki, İndoneziyada keçirilmiş ümumi seçkilərin nəticələrinin elan olunmasından sonra müxalifətin etirazları səbəbilə saxlanılanların sayı 58 nəfərə çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9097
  • ₽ RUB
    0.0264