İKT

Samsung Galaxy S11 haqqında ilk məlumat ortaya çıxdı
21 MAY
123

Samsung Galaxy S11 haqqında ilk məlumat ortaya çıxdı

2019-05-21 18:16:00

Samsung şirkətinin aktiv şəkildə yeni Galaxy Note 10-nun təqdimatına hazırlaşdığı bir vaxtda internetdəGalaxy S11 smartfonu barəsində ilk məlumat ortaya çıxıb. Ice Universe ləqəbi ilə tanınan məşhur çinli insayderin sözlərinə əsasən şirkətin tədqiqat şöbəsi Galaxy S11-in kod adını müəyyənləşdirib. Beləliklə Galaxy S11 modeli Picasso kod adına sahibdir. Bu barədə Gagadget saytı xəbər verib.

Bu kod adı məşhur ispaniyalı rəssam Pablo Picasso-nun adından götürülüb. Maraqlısı ondadır ki, Galaxy S11-in kod adı Galaxy S8, Galaxy S9 və Galaxy S10 modellərinin kod adlarından çox fərqlənir. Belə ki, həmin smartfonlar şirkət daxilində Dream, Star və Beyond kod adlarına sahib idilər. Buna baxmayaraq bu cür kod adı Samsung şirkətinin sxemi ilə uyğunlaşır.

Belə ki, şirkətin Galaxy Note 10 smartfonunun kod adı da məşhur rəssamın adı ilə bağlıdır. Söhbət, Da Vinci-dən gedir. Təbii ki, Galaxy S11-in texniki göstəriciləri barəsində hələki heç bir məlumat yoxdur. Sadəcə olaraq güman etmək olar ki, smartfon yenilənmiş dizayn, təkmilləşdirilmiş kamera modulları, yeni Snapdragon və Exynos prosessoru əldə edəcək. Çox güman ki, bu ildə olduğu kimi gələn il də şirkət bir neçə Galaxy S11 modeli təqdim edəcək. Çox güman ki, şirkət Galaxy S11-in təqdimatını 2020-ci ilin birinci yarısında reallaşdıracaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9097
  • ₽ RUB
    0.0264