İKT

Xiaomi Mi Band 4 smart qolbağı barəsində yeni məlumatlar ortaya çıxıb
21 MAY
149

Xiaomi Mi Band 4 smart qolbağı barəsində yeni məlumatlar ortaya çıxıb

2019-05-21 18:14:00

 İnternetdə Xiaomi Mi Band 4 smart qolbağı barəsində məlumatlar çıxmağa davam edir. Bu dəfə Çinin CNMOadlı saytı sözügedən qolbağın yeni fotosunu və onun bəzi texniki göstərici məlumatlarını təqdim edib. Bu barədə Gagadget saytı xəbər verib. Daha əvvəlcədən də güman olunduğu kimi Mi Band 4 rəngli ekrana sahib olacaq. Bununla yanaşı qolbaq Bluetooth 5.0-ı, təkmilləşdirilmiş ürək döyüntüsü ötürücülərini və 135 mAh enerji tutumlu batareyanı əldə edəcək.

    Müqayisə üçün qeyd etmək lazımdır ki, Mi Band 3 qolbağı 110 mAh enerji tutumlu batareya ilə təchiz olunur. Mi Band 3 kimi yeni Mi Band 4 də iki versiyada satışa çıxacaq. Onlar öz aralarında NFC modulunun olub-olmaması ilə fərqlənəcəklər. Google Pay ödəniş sisteminin dəstəklənməsi isə sual altındadır. Mi Band 4 yaxın müddətdə satışa çıxmalıdır. Məlumata əsasən adi versiya 28-43$-a, NFC moduluna sahib versiya isə 72$-a satılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9097
  • ₽ RUB
    0.0264