İKT

Birində olsun, bəsdir. IG mesajlaşmaq üçün olan tətbiqini bağlayır
17 MAY
86

Birində olsun, bəsdir. IG mesajlaşmaq üçün olan tətbiqini bağlayır

2019-05-17 11:24:00

Instagram (IG) servisi istifadəçilərin öz aralarında mesajlaşmaları üçün nəzərdə tutulmuş ayrıca Direct tətbiqini bağlayacaq. Bu barədə Techcrunch saytına istinadən Vc.ru saytı xəbər verib. Direct tətbiqi gələn ay öz fəaliyyətini dayandıracaq. İstifadəçilərin həmin tətbiqdə reallaşdırdıqları mesajlar isə Instagram tətbiqinin Direct bölməsində qalacaqlar.

Direct tətbiqinin işinə son vermə qərarının səbəblərini şirkət bildirməyib. Bu qərar Instagram-ın sahibi olan Facebook şirkətinin öz servislərini (Messenger, Instagram və Whatsapp) tək mesajlaşma ekosistemində birləşdirmək planından sonra verilib. Qeyd etmək lazımdır ki, Instagram servisi mesajlaşma üçün nəzərdə tutulmuş ayrıca Direct tətbiqinin testinə 2017-ci ilin dekabr ayında start vermişdi.

Həmin test mərhələsində Çili, İsrail, İtaliya, Portuqaliya, Türkiyə, və Uruqvay istifadəçiləri iştirak edə bilərdilər. Test mərhələsi tətbiqin həm Android həm də iOS versiyalarında aparılırdı. İstifadəçilər bir-birilərinə mesaj göndərə, foto və video paylaşa bilərdilər. Direct tətbiqinin smartfona quraşdırılmasından sonra isə Instagram-da olan Direct bölməsi yoxa çıxırdı.

– Technote.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9052
  • ₽ RUB
    0.0264