İKT

Kiberhücumlarla bağlı fövqəladə vəziyyət elan edildi
16 MAY
155

Kiberhücumlarla bağlı fövqəladə vəziyyət elan edildi

2019-05-16 10:03:00

ABŞ prezidenti Donald Tramp ölkənin kompüter şəbəkələrini “xarici təxribatlardan” qorumaq üçün fövqəladə vəziyyət elan edib.

Ağ Ev rəhbərinin imzaladaığı fərmana görə, ABŞ şirkətlərinin milli təhlükəsizliyə risk yaradan telekommunikasiya vasitələrindən istifadə etməsinə qadağa qoyulub.

Fərmanda konkret şirkətlərin adları açıqlamasa da, ekspertlər başlıca olaraq Çinin “Huawei” şirkətinin hədəfə alındığını iddia edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır