İKT

“macOS” istifadəçiləri təhlükə qarşısındadır
15 MAY
105

“macOS” istifadəçiləri təhlükə qarşısındadır

2019-05-15 15:47:00

"Doktor Veb" antivirus istehsalçısı "macOS" əməliyyat sisteminin istifadəçiləri üçün təhlükə yaradan zərərverici proqram təminatı haqda məlumat verib.

Fins.az xəbər verir ki, "Mac.BackDoor.Siggen.20" virusu kənar serverdən "Python" proqramlaşdırma dilində yazılmış zərərverici kodu yükləməyə və onu icra etməyə imkan verir. Bundan başqa, bu zərərverici proqram təminatını yayan saytlar, həmçinin "Windows" əməliyyat sistemi istifadəçilərini təhlükəli casus troyan virusu ilə yoluxdurur.

Bekdor saytlar vasitəsilə qurğulara düşür. Belə bir resurs mövcud olmayan insanın portfoliosundan ibarət sayt-vizitka kimi tərtib edilib.

"macOS" sistemli qurğular "Mac.BackDoor.Siggen.20", "Windows" əməliyyat sisteminin idarəetməsi altında işləyən qurğular isə "BackDoor.Wirenet.517" (NetWire) virusuna yoluxur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9142
  • ₽ RUB
    0.0271