İKT

Elektronika məhsullarının satışından 1 trilyon 52 milyard avro gəlir gözlənilir
15 MAY
110

Elektronika məhsullarının satışından 1 trilyon 52 milyard avro gəlir gözlənilir

2019-05-15 11:31:00

Bu il dünyada elektronika məhsullarına 1 trilyon 52 milyard avro xərclənəcəyi düşünülür. Hər nə qədər azalma göstərsə də 1 milyard 421 milyon ədəd ağıllı telefon satılacağı nəzərdə tutulur.

Analitika şirkəti GfK-nın məlumatlarına görə, cəmi 1 trilyon 52 milyard avro olaraq proqnozlaşdırılan istehlakçı elektronikası məhsullarının satış dövriyyəsi bu il 1 faiz artacaq. Bu rəqəmin 267 milyard avrosu Avropa bölgəsinin, 440 milyard avrosu Asiya-Pasifik bölgəsinin, 208 milyard avrosu Şimal Amerika və 70 milyard avrosu da Cənub Amerika bölgəsinin hesabına formalaşacaq.

Orta Şərq və Afrika qitəsində gözlənilən rəqəm 2 faiz artımla 68 milyard avro olacaq.

Fins.az Marja-ya  istinadən xəbər verir ki, Asiya-Pasifik bölgəsində artımı gözlənilmir, Şimal Amerikada 2 faiz artım, Cənub Amerikada isə 3 azalma nəzərdə tutulur. Ölkə üzrə baxıldığında Çin 25%-lik pay ilə Avropanın cəminə bərabər bir pay alır.

2019-cu ildə cəmi 1 trilyon 52 milyard avroluq gəlirin içində ən böyük hissəni 44% ilə ağıllı telefonlar başda olmaqla telekomunikasiya məhsulları yaradacaqdır. İkinci yerdə 17% ilə soyuducu, TV və paltaryuyan maşını kimi məhsulların daxil olduğu böyük ev alətləri sektoru gəlir. 

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9142
  • ₽ RUB
    0.0271