İKT

“WhatsApp” istifadəçilərinə MÜRACİƏT ETDİ
15 MAY
477

“WhatsApp” istifadəçilərinə MÜRACİƏT ETDİ

2019-05-15 18:25:00

“Facebook” şirkətinə məxsus olan “WhatsApp” messenceri, istifadəçiləri proqramı sonuncu versiyaya qədər yeniləməyə çağırır. Bu, istifadəçilərdən xəbərsiz telefonlara quraşdırıla biləcək zərərli proqramla əlaqədar olmuşdur.

Fins.az xəbər verir ki, “WhatsApp istifadəçiləri proqramı son versiyaya qədər yeniləməyə  və mobil əməliyyat sistemlərini aktual vəziyyətdə saxlamağa çağırır. Bu, istifadəçiləri informasiyanın oğurlanmasına yönəlmiş potensial təhlükələrdən qorumağa kömək edəcək”, – şirkətin press-katibi deyib.

“Financial Times” qəzetinin daha əvvəl verdiyi məlumata görə, zərərli proqramlar telefonlara zəng funksiyası vasitəsilə daxil olub. Nəşriyyat qeyd edir ki, bu proqram təminat İsrailin “NSO Group” şirkəti tərəfindən yaradılmışdır.

“NSO Group” şirkətinin verdiyi məlumata görə, onun texnologiyası yalnız dövlət orqanları tərəfindən istifadə lisenziyasına malikdir və əsas məqsədi terrorizmə qarşı mübarizə aparmaqdır.

“Biz həqiqətə uyğun gələn bütün variantları nəzərdən keçiririk, zərurət yaranarsa sistemin blok edilməsi də daxil olmaqla bütün tədbirləri görəcəyik”, – şirkətin mesajında deyilir.

© Banker.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9069
  • ₽ RUB
    0.027