İKT

Naviqasiya düymələrı bütün cihazlarda eyniləşdiriləcək
14 MAY
80

Naviqasiya düymələrı bütün cihazlarda eyniləşdiriləcək

2019-05-14 15:14:00

Məlum olduğu kimi "Android 9" ilə birgə naviqasiya düymələrini aktivləşdirən smartfon istehsalçıları naviqasiya çubuğunun funksiyalarını öz sistemləri ilə uyğunlaşdırırlar.

Fins.az chip.az-a istinadən bildirir ki, "Android Q" ilə bu xüsusiyyət "standart" hala gətirilir. Bu istiqamətdə "Google" əsas telefon istehsalçıları ilə birlikdə işləyərək yeni bir naviqasiya çubuğu hazırlayıb. "Android Q" istifadəçiləri  bu çubuğun köməyi ilə tətbiqlər arasında keçid edə və əsas ekran menyusuna birbaşa daxil ola biləcəklər.

"Google"un idarəçilərindən olan Allen Huang yenilənmiş naviqasiya çubuğu haqqında bəzi açıqlamalar verib. Naviqasiya çubuğunun istifadəçilər üçün daha səmərəli olacağını qeyd edərək vasitənin "Android"ə uyğun formada hazırlandığını bildirib.

Android Q ile Tüm Cihazlardaki Navigasyon Tuşları Standart Hale Gelecek, System.String[]

Bildiyiniz kimi Android telefonlarında mövcud olan naviqasiya çubuğu "Android Q" ilə müqayisədə fərqli və müxtəlifdir. Huang  bu baxımdan istifadəçilərin alışqanlıqlarını dəyişdirməyin doğru olmadığını və bu dəyişikliyin "Android" lərə heç bir təsir göstərməyəcəyini ifadə edib:

"Əgər Android Q əməliyyat sisteminizi yeniləyərək istifadə etsəniz heç bir dəyişiklik olmadığını görəcəksiniz. Lakin Android Q əməliyyat sisteminə sahib olan yeni bir telefon alsanız parametrlər bölməsindən onu istifadə etmək istəyinizə uyğun olaraq düzəldə bilərsiniz"

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9008
  • ₽ RUB
    0.0262