İKT

Bakı və Abşeronun bir hissəsi niyə internetsiz qalıb?
13 MAY
263

Bakı və Abşeronun bir hissəsi niyə internetsiz qalıb?

2019-05-13 19:22:00
"Azərişıq" ASC xəbərdarlıq etmədən bu gün saat 11:00-dan Bakının Nəsimi rayonunun Həsən Əliyev, Teymur Əliyev və Maqsud Əlizadə küçələrinin enerji təchizatını dayandırıb. Bu barədə həmin ərazidə yaşayan sakinlər məlumat verib.
Fins.az Report-a istinadən xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən qurumun Mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib ki, fasilə bundan sonra hələ 2 saat davam edəcək.
“Həmin ərazidə yerləşən avadanlığa texniki baxış həyata keçirilir. Bu səbəbdən elektrik enerjisinin verilişində fasilə yaranıb", - o deyib.
Qeyd edək ki, sözügedən küçələrdə bir sıra internet provayderləri yerləşir. “Report”un əldə etdiyi məlumata görə, fasilə nəticəsində Bakının Yasamal, Nəsimi və Binəqədi rayonlarının, eləcə də Abşeron rayonunun ərazisində olan 1 500-dən artıq abunəçinin internet təchizatı dayandırılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır