İKT

Cənubi Koreya 2024-cü ilə qədər hərbi robotların tətbiqinə başlayacaq
13 MAY
60

Cənubi Koreya 2024-cü ilə qədər hərbi robotların tətbiqinə başlayacaq

2019-05-13 09:51:00

Cənubi Koreya 2024-cü ilə qədər insan, heyvan və həşəratları təqlid edəcək hərbi robotların tətbiqinə başlamağı planlaşdırır.

Bu barədə ölkənin Silah Alışı Proqramları Agentliyinə istinadən "Younhap" yazıb.

Bildirilir ki, insan və həşəratları təqlid edən robotlardan sonra, cərgəyə quş, ilan və dəniz canlılarını yamsılayacaq robotlar qoşulacaq.

"Biorobotlar gələcək müharibələrdə oyun qaydalarını dəyişəcək, onlarla bağlı olan texnologiyaların isə müdafiə sənayesi sahəsinə böyük dəyişikliklər gətirəcəyi gözlənilir", - deyə idarənin nümayəndəsi bildirib.

Ehtimal edilir ki, robotlar kəşfiyyat və axtarış-xilasetmə işlərində istifadə olunacaq.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9008
  • ₽ RUB
    0.0262