İKT

Samsung şirkəti qatlana bilən Galaxy Fold’un ön sifarişlərini ləğv edə bilər
10 MAY
164

Samsung şirkəti qatlana bilən Galaxy Fold’un ön sifarişlərini ləğv edə bilər

2019-05-10 17:39:00

 Samsung şirkəti özünün ilk qatlana bilən smartfon modeli olan Galaxy Fold-u nə zaman satışa çıxardacağını hələ də bilmir. Lakin buna baxmayaraq şirkət sözügedən smartfonu ön sifariş etmiş alıcılara bu məsələ ilə bağlı xüsusi bildiriş göndərib. Bu barədə Phonearena saytına istinadən Gagadget saytı xəbər verib. Öz bildirişində şirkət smartfon satışlarının gecikməsinə görə üzr istəyib. Lakin satışlara dəqiq olaraq nə zaman start veriləcəyi barəsində məlumat verilməyib.

Görünür, Galaxy Fold-un satışları bilinməyən vaxta qədər təxirə salınır. Bundan əlavə olaraq şirkət ön sifariş etmiş alıcılara xəbərdarlıq edib ki, edilmiş ön sifarişlər ümumiyyətlə sıfırlana bilər. Alıcı öz sifarişini təsdiqləmədiyi və ya smartfonun 31 may tarixinə kimi satışa çıxmayacağı təqdirdə edilmiş sifarişlər ləğv olunacaq. Bu isə o deməkdir ki, smartfonun yaxın zamanda satışa çıxmasına heç bir zəmanət yoxdur. Şirkətin özü isə Galaxy Fold ilə yaranmış problemləri bu ayın sonuna kimi həll edə bilməsə deməli sifarişləri ləğv edəcək.

Bir sıra mənbələrin verdikləri məlumatlara əsasən Galaxy Fold-un satışlarına iyun-iyul aylarından tez start verilməyəcək. Qeyd etmək lazımdır ki, Huawei Mate X smartfonu iyul ayının sonunda satışa çıxmalıdır. Nəzərinizə çatdıraq ki, Galaxy Fold-un test versiyalarında ciddi problemlər yaşanıb. Belə ki, smartfon konstruksiyasında nasazlıqlar aşkar edilib. Məsələ smartfonun ekranındadır. Bir neçə günlük istifadədən sonra Galaxy Fold-un ekranı yararsız hala düşürdü. Buna görə də Samsung şirkəti qatlana bilən Galaxy Fold-un satışlarını təxirə salmalı oldu.

©Technote

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8876
  • ₽ RUB
    0.0257