İKT

Azərbaycanın ən reytinqli mobil operatoru-MOBİL OPERATORLARIN REYTİNQİ
10 MAY
88

Azərbaycanın ən reytinqli mobil operatoru-MOBİL OPERATORLARIN REYTİNQİ

2019-05-10 15:27:00

Media Consulting and Services  media monitorinq qrupu ən reytinqli mobil operatorun adını açılayıb. Fins.az-ın məlumatına görə  Media Consulting and Services  media monitorinq qrupunun məlumatında bildirilir ki, 01-30 aprel 2019-cu il dövrü üzrə məlumatların hesabatına yekun vurub. Hesabatda qeyd edilir  ki, Media monitorinqin əhatəsinə daxil olan məlumatlar say, xarakter və məzmun üzrə təhlil olunub, sektorlar üzrə şirkətlərin media reytinqi hesablanıb. Hesabatda əks olunan məlumata görə 1746 nəticə ilə Azərbaycanın ən reytinqli mobil operatoru  "Azercell" telekommunikasiya şirkəti olub.İkinci yerdə 1452 nəticə ilə  Nar mobile,1260 nəticə ilə Baksell isə üçüncü yerdədir

Qeyd edək ki, Şirkətin media monitorinq qrupu  12 Televiziya kanal, 13 radio dalğası; 55  çap  və  600 on-line media daxil olmaqla  680-dən çox mənbəni, eyni zamanda sosial şəbəkələri izləyir. Şirkət hazırda 22 sektorun, o cümlədən Enerji-yanacaq, Telekommunikasiya, Bank, Sığorta, Otelçilik və Turizm, İnşaat, Ərzaq, Tibb, İçki, Avtomobil, Təhsil və sair sahələrin media monitorinqini aparır. 

 Müəllif:Aynur Qəniyeva 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9008
  • ₽ RUB
    0.0262