İKT

"Google" 400 dollarlıq telefonunu təqdim edib
10 MAY
135

"Google" 400 dollarlıq telefonunu təqdim edib

2019-05-10 13:06:00

"Google", qiyməti 400 dollardan başlayan "Pixel 3A" telefonlarını təqdim edib. Şirkət həmçinin "Android"in ən yeni  variantını da təqdim edib. 

"Google", hər il keçirdiyi  "Google I/O" konfransında ən yeni məhsullarını təqdim edib. 

Fins.az xəbər verir ki, tədbirin maraqla gözlənən məhsullarından olan "Google"ın ağıllı telefonu  "Pixelin 3A" və "3A XL" modelləri istifadəçilərə təqdim olunub. Əvvəlki modellər ilə müqayisədə  ucuz olması ilə diqqəti çəkən "3A" telefonları 400 dollar başlanğıc qiyməti ilə elan edilib.

Əvvəlki "Pixel" modellərində olduğu kimi yüksək keyfiyyətə malik kamerası ilə önə çıxan yeni seriyada, həm ön, həm də arxa kamerada gecə görüşü, super zoom və portret rejimi xüsusiyyəti var. Qara, ağ və bənövşəyi rəng seçiminə malik "Pixel 3A" və "3A XL" bu gündən etibarən satışa təqdim olunub.

Digər tərəfdən, "Android"in yeni variantı "Android Q" də təqdim edilib.

© Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8876
  • ₽ RUB
    0.0257