İKT

Xaricdə iş tapmaq üçün 15 platforma
13 MAY
1235

Xaricdə iş tapmaq üçün 15 platforma

2019-05-13 19:17:00

Xaricdə iş tapmaq istəyirsinizsə, Fins.az banco.az-a istinadən sizlər üçün hazırladığı xaricdə iş elanları paylaşan saytlar siyahımızı oxumağa başlaya bilərsiniz.

Linkedin

Linkedin, şirkətlərin və işçilərin aktiv olaraq istifadə etdiyi ən böyük sosial media platformasıdır. Bu platformada hesab açaraq birbaşa şirkətləri izləyə, şirkət rəhbərləri ilə əlaqə qura və birbaşa ünsiyyətə keçə bilərsiniz. Təkcə xaricdəki iş imkanları üçün deyil, öz ölkəmizdə də iş tapmaq üçün aktiv olaraq linkedin platformasını istifadə edə bilərsiniz.

Monster

Bu sayt xaricdə xüsusilə Amerikada iş axtaranlar üçün nəzərdə tutulub. Sayt artıq 20 ildir ki, fəaliyyətini davam etdirir. Sayt Amerikada iş saytları arasında ilk üçlüyə daxildir. Gün ərzində sayta dəqiqədə 29 cv və 7900-dan çox vakansiya yüklənir. Sayt bir çox baxımdan əlverişli hesab olunur. Beləki, burda işə götürən tərəf bir sıra xüsusiyyətlərə görə filtrləmə apararaq lazım olan namizədi asanlıqla tapa bilər. Eyni zamanda sayt iş axtarışında olanlar üçün də çox asan üsullarla işə müraciəti təmin edir.

Amerika Birləşmiş Ştatları, Kanada, İngiltərə, Fransa, Almaniya və Hollandiya iş elanlarını bu platformada tapa bilərsiniz.

Monster Amerika İş Elanları : https://www.monster.com/jobs/

Monster Kanada İş Elanları: https://www.monster.ca/jobs/

Monster İngiltere İş Elanları: https://www.monster.co.uk/jobs/

Monster Fransa İş Elanları: https://www.monster.fr/emploi/

Monster Almanya İş Elanları: https://www.monster.de/jobs/

Monster Hollanda İş Elanları: https://www.monsterboard.nl/vacatures/

JobsDB

Uzaq şərqdə iş imkanları axtarırsınızsa, JobsDB platformasını istifadə edə bilərsiniz.

Hong Kong, İndoneziya, Sinqapur və Taylanddakı iş elanlarını paylaşan bu sayta üzv olaraq iş axtarmağa başlaya bilərsiniz.

EuroJobs

EuroJobs xüsusilə Avropada iş axtarırsınızsa, olduqca çox iş imkanı təqdim edən bir platformadır. EuroJobs-a üzv olaraq təxminən 100 ölkəni əhatə edən iş elanlarını burada tapa bilərsiniz. Xüsusilə, Avropada iş axtarırsınızsa, mütləq EuroJobs veb saytına üzv olmanızı məsləhət görürük.

Glassdoor

Glassdoor veb saytı iş axtarış saytlarının ən böyüklərindəndir. Dünya səviyyəsində iş elanlarını tapa biləcəyiniz Glassdoor saytına üzv olaraq bütün dünyadakı iş elanlarına müraciət edə bilərsiniz.

Indeed

Sayt çox sadə şəkildə qurulsa da çox funksional hesab oluna bilər, çünki burda daMonster saytında olduğu kimi filtrləmə funksiyası işi asanlaşdıraraq iş axtaranın və işə götürən arasında əlaqə təmin olunur. Bundan əlavə saytda fəaliyyət göstərən qiymətləndirmə sistemi iş yerləri haqda ilkin təəssüratın yaranmasına şərait yaradır. Indeed hal-hazırda 60 ölkədən çoxlu sayda insanın istifadə etdiyi platformalardan biridir.

TheLadders 

TheLadders xüsusilə Amerika Birləşmiş Ştatlarındakı iş elanlarını dərc edir.

Siz də Amerikada işləmək istəyirsinizsə, TheLadders platformasını istifadə edə bilərsiniz.

SimplyHired

ABŞ, Kanada və digər Avropa ölkələri üçün iş elanı axtara biləcəyiniz bir platformadır.

SimplyHired saytına girib üzv olaraq iş imkanlarına yaxından nəzər yetirə bilərsiniz.

USAJobs

Adından da aydın olduğu kimi USAJobs saytından Amerika üçün iş axtarışı edə bilərsiniz.

Jobs.Co.Uk

Jobs.co.uk saytından istifadə edərək İngiltərədə iş elanları  axtara bilərsiniz.

CanadaJobs

CanadaJobs veb saytından istifadə edərək Kanadadakı iş elanlarına baxa bilərsiniz.

Make It In Germany

Make It In Germany saytı Almaniya tərəfindən rəsmi olaraq dəstəklənən iş axtarış saytıdır.

Üstəlik bu saytda iş tapa bilməyiniz üçün lazımlı istiqamətləndirmələr, yazılar və müxtəlif məzmunlar vardır.

Almaniyada işləmək istəyirsinizsə, mütləq make it in germany platformasını izləməlisiniz.

Dubizzle

Dubay, Qatar, Küveyt kimi ölkələrdə işləmək istəyirsinizsə, Dubizzle saytında iş axtara bilərsiniz.

eChinaJobs

eChinaJobs saytında qeydiyyatdan keçərək Çin Xalq Respublikasındakı iş elanlarına müraciət edə bilərsiniz.

Jobs In Japan

Yaponiyada iş tapmaq üçün JobsInJapan saytından istifadə edə bilərsiniz.

Adzuna 

Bu sayt digərlərindən fərqli olaraq indiqator funksiyası daşıyır və 11 ölkəyə aid vakansiyaları özündə əks etdirir. İş axtaranlar maaş, region, tələblər və s. xüsusiyyətlərə görə axtarış həyata keçirə bilərlər. Sayt 2010-cu ildən fəaliyyət göstərsə də dünyada populyarlıq qazanmağı bacarıb.

Əgər ənənəvi iş sizi qane etmirsə, onda Fiveer, Freelancer kimi saytları nəzərdən keçirin. Burda siz saat hesabı yaxud ümumi iş həcminə görə işlər götürüb istənilən yerdən çalışa bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır