İKT

Planşet bazarında 14%-lik artım qeydə alınıb
08 MAY
137

Planşet bazarında 14%-lik artım qeydə alınıb

2019-05-08 13:00:00

2019-cu ilin birinci rübündə qlobal planşet kompüterləri bazarının həcmi 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 13.8% yüksələrək 37,15 milyon təşkil edib. “Digitimes Research” analitiklərinin məlumatına görə, ötən ilin son 3 ayı ilə müqayisədə qurğuların tədarük həcmi mövsümi amillə əlaqədar 12.9% azalıb.

Fins.az xəbər verir ki, onların proqnozuna görə, 2019-cu ilin ikinci rübündə planşet bazarında rüblük hesablama üzrə 8,9%-lik azalma qeydə alınacaq. Aprel-iyun ayları ənənəvi olaraq zəif tələbat dövrüdür.

“Apple” planşet bazarında liderliyini qoruyub saxlayıb. “Samsung” şirkətini qabaqlamış “Huawei” şirkəti ikinci yerdə qərarlaşıb. “Microsoft” korporasiyası beşinci olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır