İKT

“Apple” kompüterlərinin satışı azalıb
08 MAY
128

“Apple” kompüterlərinin satışı azalıb

2019-05-08 12:59:00

"Apple" kompüterlərinin satış həcmi "Intel" prosessorlarının çatışmazlığı səbəbindən azalıb. Bu haqda "Apple"ın rüblük hesabatına həsr edilmiş konfransda korporasiyanın maliyyə direktoru Luka Maestri deyib.

Fins.az xəbər verir ki, 2019-cu ilin yanvar-mart aylarında "Apple" korporasiyası fərdi kompüterlərinin satışından 5,5 milyard dollar qazanıb, halbuki 2018-ci ilin müvafiq dövründə bu göstərici 5,8 milyard dollar olmuşdu.

"Bu azalma əsasən bəzi populyar modellər üçün prosessorların problemli tədarükü ilə bağlıdır" – Maestri deyib.

"Apple"ın baş direktoru Tim Kuk təsdiq edib ki, çip defisiti olmasa idi, FK satışından əldə olunan gəlir daha çox ola bilərdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır