İKT

“Apple” şirkəti 11 ildə ilk dəfə “iPhone” üçün oyun təqdim edib
08 MAY
108

“Apple” şirkəti 11 ildə ilk dəfə “iPhone” üçün oyun təqdim edib

2019-05-08 10:54:00

App Store” proqramlar mağazasında “Warren Buffettʼs Paper Wizard” adlı pulsuz oyun yerləşdirilib.

Lisenziya razılaşmasına görə, oyun üçün bütün hüquqlar “Apple” şirkətinə məxsusdur və şirkət, həmçinin oyunun texniki dəstəyi ilə məşğul olmağı öz öhdəsinə götürür.

Oyunun süjeti öz karyerasına qəzet satıcısı kimi başlayan “Apple”ın investoru Uorren Baffetin həyat tarixçəsinə əsaslanır.

Bu, “Apple” korporasiyasının 2008-ci ildən (“App Store” işə salınıb) etibarən istifadəyə verdiyi ilk oyundur.

©İctnews

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8876
  • ₽ RUB
    0.0257