İKT

Facebook səhvən 1.5 milyon istifadəçinin elektron poçt kontaktlarını yükləyib
18 APREL
201

Facebook səhvən 1.5 milyon istifadəçinin elektron poçt kontaktlarını yükləyib

2019-04-18 16:25:00

Facebook şirkəti etiraf edib ki, o bilmədən 1.5 milyon istifadəçinin razılığı olmayaraq həmin istifadəçilərin elektron poçt ünvanlarındakı kontaktları yükləyib. Bu barədə Business Insider saytına istinadən Rusbase saytı xəbər verib. 2016-cı ilin may ayından başlayaraq Facebook şirkəti istifadəçilərin hesablarını təsdiqləmək üçün onların elektron poçt ünvanlarından əlavə olaraq həmin elektron poçt ünvanlarının şifrələrini də tələb edirdi. Bununla yanaşı şirkət kontaktların yüklənməsini təklif edirdi. Lakin bunun üçün istifadəçinin razılığı olmalı idi.

Daha sonradan Facebook bu funksiyada dəyişiklik etdi. Belə ki, kontaktların yüklənməsi sualı ortadan yoxa çıxdı, lakin yeni istifadəçilərin elektron poçt ünvanlarından məlumatlar şirkətə ötürülməyə davam etdi. Facebook şirkəti bildirib ki, həmin məlumatlar daha yaxşı reklam targetinqi və insanlara sosial şəbəkə daxilində dost təklifi alqoritminin təkmilləşdirilməsi üçün istifadə edilib. Şirkət təmsilçilərinin sözlərinə əsasən həmin kontaktlar üçüncü tərəfə verilməyib və onlar artıq silinirlər. Şirkət həmçinin bildirib ki, bu hadisənin əhatə etdiyi istifadəçilər bu barədə bildiriş əldə edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır