İKT

Facebook şirkəti istifadəçilərin Instagram'a keçid etmələri ilə mübarizə aparır
18 APREL
110

Facebook şirkəti istifadəçilərin Instagram'a keçid etmələri ilə mübarizə aparır

2019-04-18 16:21:00

 Wired saytının tədqiqatına əsasən Facebook şirkəti 2018-ci ildə istifadəçilərin öz mobil tətbiqindən getmələrinin qarşısını almağa çalışmış və qismən Instagram-ın dəstəyini dayandırmışdı. Bu barədə Vc.ru saytı xəbər verib. Facebook şirkəti məşhur Instagram fotoservisini 2012-ci ildə 1 milyard dollara almışdı. Keçən ilin payız fəslində isə Instagram-ın yaradıcıları Kevin Systrom və Mike Krieger şirkətdən ayrıldıqlarını elan etmişdilər. Həmin vaxtda onlar şirkətdən ayrılma səbəblərini bildirməmişdilər. Lakin Bloomberg saytının məlumatına əsasən həmin səbəb çox zaman fotoservisin işinə qarışan Mark Zuckerberg ilə Instagram yaradıcıları arasında olmuş fikir ayrılığı olub.

Wired saytının jurnalistləri Instagram yaradıcılarının nəticədə şirkətdən ayrılmalarına gətirib çıxartmış iki şirkət arasındakı qarşılıqlı əlaqələrdən danışıblar. 2018-ci il üzrə Facebook-da baş vermiş dəyişikliklər barədə material üçün jurnalistlər sosial şəbəkənin 65 nəfər indiki və keçmiş əməkdaşları ilə danışıblar. Məlumata əsasən 2014-cü ildə Mark Zuckerberg şirkətin top menecerlərinin onun və ya şirkətin əməliyyatlar üzrə direktoru Sheryl Sandberg-in xəbəri olmadan mətbuatda bəyanatlar verməmələri təlimatını vermişdi. Bu, Kevin Systrom-un aktiv şəkildə kütləvi informasiya vasitələrində çıxışlarının fonunda baş vermişdi.

    2017-ci ildə Facebook-da güman etdilər ki, şirkətin əsas mobil tətbiqi öz istifadəçilərini Instagram-a görə itirir. 2018-ci ilin iyul ayında Facebook şirkəti rüb nəticələri barəsində məlumat vermişdi. Həmin vaxtda şirkət bildirmişdi ki, sosial şəbəkənin istifadəçi kütləsi əvvəlkindən daha ləng şəkildə böyüyür. Məlumata əsasən Mark Zuckerberg həmin vaxtda investorlara Instagram-ın öz böyüməsini Facebook-a borclu olduğunu söyləməyi planlaşdırırdı. "Biz düşünürük ki, Instagram-ın müstəqil şəkildə inkişaf etməsi ilə müqayisədə o, Facebook infrastrukturundan istifadə edərək iki dəfə daha sürətlə böyüyüb" - deyə Mark Zuckerberg bildirib.

    Verilmiş hesabatdan bir neçə gün sonra Zuckerberg Facebook-un Instagram-ı dəstək üsullarını analiz edib: Tətbiq daxilində reklam, paylaşımların hər iki sosial şəbəkədə eyni anda edilməsi üçün geridönüş linkləri, Facebook-un dost siyahısı əsasında Instagram-da abunəçilik məsləhəti və s. Məlumata əsasən bütün bunlardan sonra Mark Zuckerberg Instagram yaradıcılarına bildirmişdi ki, o, Instagram-ın dəstəyini dayandırır. Bu hadisədən sonra Kevin Systrom məzuniyyətə yollandı, daha sonra isə fotoservisin hər iki yaradıcısı şirkətdən ayrıldıqlarını elan etdilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8964
  • ₽ RUB
    0.0264