İKT

“Samsung” şirkətinin yeni texnoloji prosesi prosessorların ölçüsünü 25% azaldacaq
18 APREL
95

“Samsung” şirkətinin yeni texnoloji prosesi prosessorların ölçüsünü 25% azaldacaq

2019-04-18 13:00:00

Cənubi Koreya şirkəti 5 nanometrlik (nm) “FinFET” texnoloji prosesi üzərində işlərini başa çatdırıb. Tezliklə ekstremal ultrabənövşəyi (EUV) fotolitoqrafiya texnologiyası üzrə hazırlanmış prosessorlar bazara çıxarılacaq.
Fins.az  xeber verir ki, 7 nm-lik texnologiya ilə müqayisədə EUV texnologiyasından istifadə edən yeni proses standart elementin arxitekturasının təkmilləşdirilməsi nəticəsində enerji istehlakının 20% azaldılması vəziyyətində məntiqi zonanın səmərəliliyinin 25%-dək artımını təmin edir.
5 nm-lik prosesin başqa bir üstünlüyü odur ki, yeni texnologiya 7 nm-lik proses üçün yaradılmış bütün sxemlərdən istifadəyə imkan verir. Buna görə 7 nm-dən yeni prosesə keçid mürəkkəb və bahalı olmayacaq.
Şirkət gələn il yeni texnoloji prosesdən kommersiya yönümündə istifadəyə başlamağı planlaşdırır. Bu il isə 6 nm-lik texnologiya üzrə mikroçiplərin kütləvi istehsalına başlamağa söz verir.
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8962
  • ₽ RUB
    0.0263