İKT

“Microsoft” korporasiyası 85 düymlük "divar planşeti"ni təqdim edib
18 APREL
89

“Microsoft” korporasiyası 85 düymlük "divar planşeti"ni təqdim edib

2019-04-18 12:53:00

“Microsoft” şirkəti ofis əməkdaşları üçün nəzərdə tutulmuş böyükölçülü “Surface Hub 2” kompüter-monoblokunun ikinci nəslini təqdim edib. "Ağıllı" ağ lövhə müşavirə və təqdimatların keçirilməsi üçün nəzərdə tutulub: lövhə 4K təsvir ölçülü 85 düymlük sensor ekranla təchiz edilib, stilusdan daxiletməni dəstəkləyir və “Windows 10” əməliyyat sisteminin idarəetməsi altında işləyir.

Fins.az ICTnews-a istinadən xəbər verir ki, “Microsoft”un nümayəndələri Nyu-Yorkda keçirilmiş təqdimat zamanı yaxınlıqda olan “Surface” noutbukları ilə birgə iş funksiyasını, həmçinin 4 nəfərdən ibarət videoçat imkanını nümayiş etdiriblər. Səsin otağın istənilən küncündən aydın eşidilməsi üçün "divar planşeti" 8 mikrofona malikdir.

Qurğu gələn il bazara çıxarılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8962
  • ₽ RUB
    0.0263