İKT

"İnstagram" İran rəsmilərinin hesablarını dondurur
17 APREL
95

"İnstagram" İran rəsmilərinin hesablarını dondurur

2019-04-17 17:15:00

"İnstagram" sosial şəbəkəsi İranın bir sıra rəsmilərinin hesablarını dondurub.

Fins.az-ın məlumatına görə, ABŞ-ın İran İslam İnqilabı Keşikçilər Korpusunu (SEPAH) terror təşkilatları siyahısına salmasının ardınca, "İnstagram" sosial şəbəkəsi İran rəsmilərinin hesablarını dondurmağa başlayıb.

İndiyədək İran İslam İnqilabı Keşikçilər Korpusunun bir sıra komandanları, o cümlədən Qasım Süleymani, Möhsün Rzayi, İranın yol polisinin rəisi Kamal Hadianfər, Məhkəmə Sisteminin rəhbəri İbrahim Rəisi və digər nüfuzlu şəxslərin instagram hesabları dondurulub.

İran KİV-ləri ali dini lider Ayətulla Xameneinin ingiliscə xidmət edən informasiya portalının "İnstagram" səhifəsinin də dondurulduğunu bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266