İKT

Azercell-in sərfəli "Sadə" tarif paketi ilə danışıqlarınıza sərhəd qoymayın!
17 APREL
230

Azercell-in sərfəli "Sadə" tarif paketi ilə danışıqlarınıza sərhəd qoymayın!

2019-04-17 16:01:00

Ölkənin telekommunikasiya bazarında ən sərfəli təklifləri təqdim etməyi hədəfləyən Azercell, yeni "Sadə" tarif paketini abunəçilərinin istifadəsinə vermişdir. Aprel ayının 16-dan etibarən, Azercell-in Sim-Sim abunəçiləri yeni "Sadə" tarif paketi çərçivəsində həftəlik “S2” və aylıq “S6” paketlərdən yararlana biləcəklər. Beləliklə, Azercell abunəçiləri həftədə  2 AZN ödəməklə 150 şəbəkədaxili dəqiqə və 150 şəbəkədaxili SMS, ayda 6 AZN ödəməklə isə 500 şəbəkədaxili dəqiqə və 500 şəbəkədaxili SMS həcmində paketlərdən faydalanma imkanı əldə edirlər. Həftəlik paket sifariş etmək üçün S2 açar sözünü, aylıq paket üçün isə S6 açar sözünü 7575 qısa nömrəsinə göndərmək kifayətdir.

Artıq daha az ödəniş etməklə, Azercell-dən daha çox pulsuz SMS və dəqiqələr əldə edin! Azercell-in sərfəli "Sadə" tarif paketindən faydalanaraq sevdiklərinizlə danışıqlarınıza sərhəd qoymayın!

Əlavə məlumat üçün https://www.azercell.com/az/personal/tariffs/prepaid/sade/ səhifəsinə daxil olun.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.902
  • ₽ RUB
    0.0265