İKT

Huawei, MateBook E (2019) modelini təqdim etdi: qiymət və özəllikləri
17 APREL
111

Huawei, MateBook E (2019) modelini təqdim etdi: qiymət və özəllikləri

2019-04-17 12:22:00

Huawei yeni ikisi birində notbukunu təqdim etdi.

Snapdragon 850 prosessoru ilə dəstəklənən MateBook E (2019) çox güclü sistemə malikdir.

Yeni nəsil telefonları ilə diqqəti cəlb edən şirkət, yeni diz üstü notbukları ilə də çox iddialıdır. Belə ki, 256 GB və512 GB-lıq iki fərqli modeli ilə Microsoft 10 əməliyyat sisteminə sahib olan MateBook E (2019) texniki xüsusiyyətləri ilə diqqəti cəlb etməyi bacardı.

 

Fins.az hip.az-a istinadən bildirir ki, MateBook E (2019) 2.96 GHz sürətinə malik olan Snapdragon 850 prosessoru ilə istehsal olunub. 8 GB RAM notbuku son dərəcə güclü edir. Bluetooth 5.0-ə sahib notbuk Wi-Fi və Bluetooth-un bir-birinə qarışmasını əngəlləyən bir özəlliyə sahibdir. Nano-SIM dəstəyi notbukdan telefon məqsədləri üçün də istifadə edə bilməyinizə imkan yaradır. Bundan əlavə, Huawei Share 3.0 One Touch proqramı sizin telefonunuzla kompüteriniz arasında əlaqə qurmağa imkan verəcək.

 

MateBook E (2019) 12 düymlük və barmaq izi ləkələrinə qarşı güclü bir ekrana malikdir. MateBook E (2019) da video ünsiyyət üçün ön tərəfdə 5 MP və arxa tərəfində 13 MP kamera var. Yüzdə əlli faizlik bir ekran parlaqlığı ilə, MateBook E (2019) 10 saat oyun oynama imkanı yaradır və həmçinin sürətli şarjı dəstəkləyir. Belə ki, batareyanın 88% -i 1.5 saat ərzində doldurula bilir. Bu iddialı Huawei modelinin qiyməti 256 GB modeli üçün 595 dollar təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.902
  • ₽ RUB
    0.0265