İKT

Sharp dünyanın ilk qatlana bilən oyun smartfonunu istehsal edə bilər
17 APREL
128

Sharp dünyanın ilk qatlana bilən oyun smartfonunu istehsal edə bilər

2019-04-17 12:20:00

İstehlakçı elektronika nəhəngi Sharp, dünyanın ilk qatlana bilən ağıllı oyun telefonu üçün USPTO-ya patentlə bağlı müraciət edib.

Ağıllı telefon bazarı gündən-günə qızışır. Mobil oyun dünyasının gözlənilməz bir şəkildə genişlənməsi isə ağıllı telefon sektorunda oyun telefonlarının da yerini artırır. Həmçinin premium ağıllı telefonlara olan marağının azalması, şirkətlərin qatlana bilən ağıllı telefon kimi yeni bir smartfon konsepsiyasını tutmalarına istiqamətləndirir. Bu da bazara çıxmaq istəyən qeyri-ənənəvi smartfon istehsalçıları üçün yeni imkanlar təklif edir.

Sharp Gaming Phone
Sharp Gaming Phone

Sharp Kabushiki Kaisha "portativ elektron qurğu" üçün USPTO-ya (Abş Patent və Ticarət Nişanı Ofisinə) 2017-ci ildə patent üçün müraciət edib. Dizayn patent 2 aprel 2019-ci ildə yayımlandı. Mobile oyun cihazı həmçinin smartfon funksiyalarını özündə etiva edirki, bu da baxış rahatlığını artır və daha gərgin oyun təcrübəsi yaşadır.

 

Patent sənədlər Galaxy Fold ya da Mata X kimi açılanda demək olar ki, kvadrat formasında olan bir telefon deyil, TV pultuna bənzər nazik uzun ekrana sahib bir oyun telefonu olduğunu göstərir. Ekranın yanlarında oyun içi nəzarətlər, ortasında oyunun özü yer alır.

Əlbəttə ki, həmin patentin real bir məhsul olaraq qarşımıza çıxacaqdır deyə bir zəmanəti yoxdur. Amma Sharp-ın qatlana bilən telefon konsepsiyasının məqsəd-nəticə baxımından rəqiblərinə görə çox daha yaxşı olduğunu deyə bilərik. Yenə də mövzu ilə bağlı daha çox məlumat üçün önümüzdəki həftələrdə daha dəqiq məlumat əldəedə biləcəyik.

© Chip.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9069
  • ₽ RUB
    0.027