İKT

Honor 20i smartfonunun görüntüləri təqdimatdan öncə yayımlandı
17 APREL
113

Honor 20i smartfonunun görüntüləri təqdimatdan öncə yayımlandı

2019-04-17 12:17:00

Honor-un 32 MP selfie kameraya malik yeni ağıllı telefonu Honor 20i-nin təqdimatdan öncə görüntüləri yayımlandı.

Fins.az Chip.az-a istinadən bildirir ki, Honor 3 arxa kameralı yeni ağıllı telefonu Honor 20i-yi 17 aprel tarixində keçirəcəyi təqdimata hazırlaşır. Lakin, təqdimatdan öncə smartfonun görüntüləri yayımlandı.

Belə ki, Vmall tərəfindən vizual görüntüləri yayımlanan Honor 20i, 2019-cu ildə bir çox telefonda gördüyümüz damla nahamar dizayna sahibdir. Xüsusilə selfie həvəskarlarının rəğbətini qazanması gözlənilən telefonun ön hissəsində 32 MP-lik selfie kamerası yer alır. Arxa hissədə 24 MP əsas kamera, 8 MP ultra geniş aspektli kamera və 2 MP dərinlik kamerasına malik olan Honor 20i-nin görüntüləri smartfonun ən az 3 fərqli rəng variantı ilə gələcəyini göstərir.

Kirin 710 çip seti və 4 GB RAM variantı ilə qarşımıza çıxan Honor 20i, 4000 mah-lıq batareyası ilə gündəlik istifadədə rahatlıq təmin edəcək. 6.21 düymlük Full HD+ ekrana sahib olması gözlənilən smartfon ilk olaraq Çində satışa buraxılacaq.

Qeyd edək ki, Honor 20i beynəlxalq bazarda Honor 20 Lite adı ilə satışa təqdim olunacaq kimi görünür.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.902
  • ₽ RUB
    0.0265