İKT

MTRŞ yeni xəbər kanalının açılması məsələsini gələn həftə müzakirə edəcək
16 APREL
118

MTRŞ yeni xəbər kanalının açılması məsələsini gələn həftə müzakirə edəcək

2019-04-16 12:38:00

Milli Tеlеviziya və Radiо Şurasının (MTRŞ) yeni ümumrespublika xəbər kanalının açılması üçün elan etdiyi müsabiqəyə təqdim olunan sənədlərə aprelin 20-dən sonra baxılacaq.

Bunu açıqlamasında şuranın sədri Nuşirəvan Məhərrəmlideyib.

O bildirib ki, yekun qərar şuranın iclasında veriləcək.

Qeyd edək ki, MTRŞ ixtisaslaşmış (xəbər) ümumrespublika televiziya kanalının açılması üçün (Bakı şəhəri və Abşeron yarımadası ərazisində SD yayım üçün 48-ci, HD yayım üçün 37-ci tezlik resursuna) müsabiqə elan etmişdi. Müsabiqəyə 3 iddiaçı sənəd verib. Bunlar “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti (Real TV), “TV Media Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyəti və “RTV” Məhdud Məsuliyyətli Cəmiyyətidir.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9142
  • ₽ RUB
    0.0271