İKT

“Microsoft” Outlook xidmətinin “hack” edilməsi barədə məlumat verib
15 APREL
107

“Microsoft” Outlook xidmətinin “hack” edilməsi barədə məlumat verib

2019-04-15 12:11:00

“Microsoft”  korporasiyası, “hacker” lərin bu ilin əvvəlindən mart ayının sonuna qədər Outlook istifadəçilərinin bəzi hesablarına daxil ola biləcəyini bildirib. Bu haqda TechCrunch onlayn portalı xəbər verir.

Fins.az Banker.az-a istinadən xəbər verir ki, “Hacker” lər istifadəçinin e-poçt ünvanlarına, qovluq adlarına, e-poçtların başlıqlarına və onların qarşılıqlı əlaqəsi olduğu insanların e-poçt ünvanları barədə məlumat əldə etmiş ola bilərlər”, – deyə portal “Microsoft” un öz istifadəçilərinə göndərdiyi mesajı tərcümə edir. Eyni zamanda şirkət mesajların məzmununun və əlavələrinin “hacker” lərin əlinə düşmədiyini qeyd edib.

Məlumatların sızması hadisəsi yanvar ayının 1-dən mart ayının 28-ə qədər baş verib. Bunun əsas səbəbi kimi spam mesajlarının sayının artması göstərilir.

Şənbə günü TechCrunch xəbər verib ki, naməlum şəxslərin ABŞ-ın hüquq-mühafizə orqanlarının və federal xidmətlərinin məlumatlarına çıxış əldə ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.902
  • ₽ RUB
    0.0265