İKT

Sukerberqin təhlükəsizliyinə 2018-ci ildə 20 mln. dollar xərclənib
13 APREL
101

Sukerberqin təhlükəsizliyinə 2018-ci ildə 20 mln. dollar xərclənib

2019-04-13 10:20:00

"Facebook" 2018-ci ildə şirkət rəhbəri Mark Sukerberq və onun yaxınlarının təhlükəsizliyinin təmin edilməsinə 20 milyon dollara yaxın vəsait sərf edib.

 Fins.az TASS-a istinadən xəbər verir ki, bu barədə CNBC telekanalı məlumat yayıb.

Bu barədə məlumat "Facebook" şirkətinin ABŞ-ın Qiymətli Kağızlar və Birjalar üzrə Federal Komissiyasına təqdim etdiyi sənəddə qeyd olunub.

Bildirilir ki, Sukerberq "Facebook"da fəaliyyətinə görə ilinə rəmzi olaraq 1 dollar alır, lakin şirkət, səlahiyyətlərini yerinə yetirən zaman onun xərclərini kompensasiya edir.

"Report"

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266