İKT

Rəqəmsal texnologiyalar hansı peşələrin axırına çıxacaq?
09 APREL
153

Rəqəmsal texnologiyalar hansı peşələrin axırına çıxacaq?

2019-04-09 12:01:00

Rəqəmsal texnologiyaların iqtisadiyyata tətbiqi əmək bazarına ciddi təsir göstərir və bəzi peşələri sıxışdırıb çıxarır.

Fins.az-ın məlumatına görə, bu barədə Avropa Komissiyasının ekspertlərinin hazırladığı məruzədə deyilir.

Məruzədə qeyd olunur ki, gündəlik işləri daha çox rəqəmsal texnologiyalar yerinə yetirəcək və nəticədə bu peşələr avtomatlaşma ilə əlaqədar olaraq yoxa çıxacaq:

“Bu peşələrə nümunə olaraq avtomobil istehsalı müəssisələrində maşın operatorları və ofislərdə kargüzarları göstərmək olar”.

Bununla belə, məruzədə o da qeyd olunur ki, kompüter mühəndisləri və elm, texnika və riyaziyyatla bağlı sahələrdə mütəxəssislərə tələbat artacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9097
  • ₽ RUB
    0.0264