İKT

Bu il Apple şirkəti 4 iPhone modeli təqdim edə bilər
08 APREL
156

Bu il Apple şirkəti 4 iPhone modeli təqdim edə bilər

2019-04-08 17:47:00

Yaponiyanın Macotakara saytı bu ilki iPhone modelləri barəsində bəzi məlumatları verib. Bu barədə Macdigger saytı xəbər verib. Öz güvənli mənbələrinə istinadən Macotakara saytı xəbər verib ki, Apple şirkəti bu il iPhone XS və iPhone XR modellərinin davamçılarından əlavə olaraq üçlü arxa kameraya sahib 6.1 düym və 6.5 düym OLED ekranlı əlavə iki iPhone modelini də təqdim edəcək. Məlumatda qeyd edilib ki, üç arxa kameranın sözügedən iki iPhone modelində yerləşdirilməsi üçün Apple şirkəti həmin iPhone modellərinin gövdələrini bir qədər qalın edəcək.

Güman olunur ki, 6.1 düym OLED ekrana sahib olacaq iPhone modelinin əsas hissəsi iPhone XS ilə müqayisədə 0.15 mm daha qalın olacaq. Onun kamera hissəsinin qalınlığı isə 0.5 mm təşkil edəcək. Bundan əlavə olaraq həmin iPhone modelinin çərçivələrinin qalınlığı iPhone XR ilə müqayisədə daha nazik olacaqlar. 6.5 düym OLED ekrana sahib iPhone modelinə gəldikdə isə onun gövdəsi 0.4 mm, kamera hissəsi isə 0.25 mm daha qalın olacaq. Macotakara saytının verdiyi məlumatda qeyd olunub ki, məhz bu iki iPhone modeli ikitərəfli naqilsiz şarj texnologiyasına sahib olacaq və 18 vatt gücündə enerji qəbul etməyə qadir şarj naqili, USB-C - Lightning naqili ilə təchiz olunacaq.

OnLeaks ləqəbi ilə tanınan məşhur insayder isə öz Twitter hesabında bildirib ki, o, bu ilki iPhone modelləri barəsində yeni məlumatlar əldə edib və Macotakara saytının məlumatları ilə razı deyil. "Mənbələrdən biri qeyd edib ki, bu ilki bütün iPhone modelləri üçlü arxa kameraya sahib olacaqlar. Lakin şüşə materialdan hazırlanmış arxa panel kimi dizayn dəyişikliyi yalnız iPhone XI və iPhone XI Max modellərinə aid ediləcək" - deyə OnLeaks qeyd edib. Çox güman ki, Macotakara saytının məlumatında OLED ekrana sahib məhz bu iki iPhone modelindən söhbət gedib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9164
  • ₽ RUB
    0.0263