İKT

Windows 10 daha özü-özünə yenilənməyəcək
08 APREL
114

Windows 10 daha özü-özünə yenilənməyəcək

2019-04-08 17:45:00

Windows 10 istifadəçiləri sözügedən əməliyyat sisteminin özü-özünə yenilənməsindən çox zaman şikayət edirdilər. Əməliyyat sisteminin növbəti yenilənməsində Microsoft şirkəti bunu düzəldəcək Bu barədə Gagadgetsaytı The Verge saytına istinadən xəbər verib. Əməliyyat sisteminin növbəti yenilənməsində istifadəçilərə öz yenilənmələri üzərində daha çox idarəetmə özəllikləri təqdim olunacaq.

İstifadəçi yenilənmənin vaxtını və tarixini özü seçə biləcək. Bununla yanaşı əməliyyat sisteminin son versiyasından istifadə etmək istəməyən istifadəçilər Windows 10-a yeni funksiyalar əlavə etmədən hər ay yeni təhlükəsizlik yenilənmələrini əldə edəcəklər. Windows 10 həmçinin istifadəçinin kompüterdə çalışdığını təyin edə biləcək və çalışma zamanı istifadəçiyə bildirişlər göndərməyəcək. Bundan əılavə olaraq 35 gün ərzində ümumiyyətlə bütün yenilənmələri deaktiv etmək özəlliyi də istifadəyə veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266